Doğum evində anasının yanında yatan körpə oğurlandı VİDEO FOTO


Dünya 16 Yan 2018 10:59:00 312 0

Doğum evində anasının yanında yatan körpə oğurlandı  VİDEO  FOTO

Doğum evindən 6 saat əvvəl doğulan körpə oğurlanıb.

Son.az Dailymail-ə istinadla xəbər verir ki, körpənin oğurlanma anı xəstəxananın təhlükəsizlik kameralarına düşüb.

Kameralara düşən görüntülərə görə doğum evinə gizlicə girən kimliyi bilinməyən qadın anasının yanında yatan, 6 saat əvvəl doğulan körpəni götürüb, xəstəxanadan çıxıb.

Kadrlar Hindistandakı "Thane" doğum evində çəkilib.

Körpənin anası 19 yaşlı Mohini Mohan Bhavar hadisədən sonra polisə müraciət edib. O bildirib ki, hadisə baş verən zaman yuxulu olub və onun yanına gələn qadını qayınanası zənn edib.


Xəbərə aid fotolar