Putin: Kommunizm xristianlığa bənzəyirdi


Digərləri 16 Yan 2018 10:45:00 239 0

Putin: Kommunizm xristianlığa bənzəyirdi

Kommunizm xristianlığa bənzəyirdi.

Bakı. Kommunizm xristianlığa bənzəyirdi. Trend-in məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. Leninin nəşinin basdırılması ilə bağlı mübahisələrə toxunan dövlət başçısı qeyd edib: "Bəlkə bir çoxlarının xoşuna gəlməyəcək, amma deyəcəyəm. Ateizm dövründə rahiblər yox edildi, kilsələr dağıdıldı. Amma eyni zamanda yeni bir din yaradıldı. Kommunizm idealogiyası əslində xristianlığa bənzəyir. Azadlıq, qardaşlıq, bərabərlik və ədalətli sistem - bütün bunlar və digərləri "İncil"də var. Yəni kommunizm qurucuları yeni bir şey icad etmədilər, müqəddəs kitabdan bəhrələndilər".