Ehtiyatda olan zabitlərin hərbi biletlərinin forması dəyişdirildi


Digərləri 16 Yan 2018 10:34:00 366 0

Ehtiyatda olan zabitlərin hərbi biletlərinin forması dəyişdirildi

Azərbaycanda "Ehtiyatda olan zabitin hərbi biletinin forması" dəyişdirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı "Hərbi biletlərin formasının təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 2015-ci il 4 dekabr tarixli 375 nömrəli qərarında dəyişikliklər edilib.

"Ehtiyatda olan zabitin hərbi biletinin iç üzü"ndə:

1.1. "HƏRBİ BİLET" hissəsində "AR SHXÇDX-nin __________________________idarəsi (şöbə və ya bölməsi)" sözləri "_______________________" sözləri ilə əvəz edilsin; (hərbi bileti verən orqanın adı)

1.2. 11-ci və 12-ci bəndlərdə "SHXÇDX-nin __________idarəsi (şöbə və ya bölməsi)" sözləri "__________________________" sözləri ilə əvəz edilsin; (hərbi bileti verən orqanın adı)

1.3. XI bölmə üzrə:

1.3.1. 2-ci bənddə "SHXÇDX-nin rayon və şəhər idarələrinə (şöbə və ya bölmələrinə)" sözləri "hərbi bileti verən orqana" sözləri ilə əvəz edilsin;