71 yaşlı Ajda Pekkan Bakıda gecə klubunda rəqs etməkdən doymadı VİDEO


Şou-biznes 16 Yan 2018 10:36:00 410 0

71 yaşlı Ajda Pekkan Bakıda gecə klubunda rəqs etməkdən doymadı  VİDEO

Azərbaycanda konsert verən Ajda Pekkan sonra gecə klubuna gedib, səhərə qədər əylənib.

Son.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. "Superstar"ın gecə boyunca klubda rəqs etdiyi bildirilir.

Türkiyə mətbuatı "Konsertlərində, əsasən, pop mahnılar ifa etdiyi üçün göbək atmağına öyrəşmədiyimiz Ajda Pekkan, bu sindromu aşıb. Pekkan, Bakıda bir daha nə qədər enerjili olduğunu göstərib" fikirlərinə yer verib.

Qeyd edək ki, Ajda Pekkan yanvarın 13-də Heydər Əliyev Sarayında konsert verib.