Tramp və Qətər əmiri terrorçuluqla mübarizə məsələlərini müzakirə ediblər


Dünya 16 Yan 2018 08:59:00 261 0

Tramp və Qətər əmiri terrorçuluqla mübarizə məsələlərini müzakirə ediblər

ABŞ prezidenti Donald Tramp və Qətər əmiri şeyx Tamim bin Həməd əl-Tani arasında telefon danışığı olub.

Son.az Trend-ə istinadən bildirir ki, telefon danışığı zamanı ikitərəfli münasibətlər və iki ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsinin yolları müzakirə olunub. Bundan əlavə terrorçuluqla mübarizə məsələləri müzakirə edilib və Tramp Qətərin bu sahədə rolunu yüksək qiymətləndirib.