Bakıda dilənçi qadını yüksək sürətlə hərəkət edən evakuator vuraraq öldürüb


Digərləri 16 Yan 2018 08:47:00 262 0

Bakıda dilənçi qadını yüksək sürətlə hərəkət edən evakuator vuraraq öldürüb

Bakının Nərimanov rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az report.az-a istinadən bildirir ki, hadisə Abdulvahab Salamzadə küçəsi ilə Azadlıq prospektinin kəsişməsində qeydə alınıb.

1975-ci il təvəllüdlü Abdullayeva Ruhiyyə dilənçiliklə məşğul olan zaman onu yüksək sürətlə hərəkət edən "188" evakuasiya xidmətinə məxsus "İsuzu" markalı avtomobil vurub. Qadın hadisə yerində ölüb.