Elektron sistem daha 20 tədris müəssisəsində tətbiq olunacaq


Digərləri 16 Yan 2018 08:04:00 285 0

Elektron sistem daha 20 tədris müəssisəsində tətbiq olunacaq

Təhsilin idarə olunması üzrə innovativ platforma olan "Unibook" 2018-ci ildə Azərbaycanın 20 dövlət tədris müəssisəsində tətbiq olunacaq.

Son.az bildirir ki, bu barədə Trend-ə "Neuron Technologies" şirkətindən məlumat verilib.

Ötən il bu sistem Bakı Ali Neft Məktəbində, Gəncədə Azərbaycan Texnologiya Universitetində və Mingəçevir Dövlət Universitetində tətbiq olunub.

Qeyd olunur ki, "Unibook" platformasının Fövqəladə Hallar Nazirliyinin Akademiyasında, Polis Akademiyasında, Dövlət İncəsənət Akademiyasında və digər strukturlar nəzdində fəaliyyət göstərən ali tədris müəssisələrində tətbiq olunması planlaşdırılır.