Madaqaskarda qasırğa nəticəsində 51 nəfər ölüb


Dünya 16 Yan 2018 06:26:27 270 0

Madaqaskarda qasırğa nəticəsində 51 nəfər ölüb

Təbii fəlakətin əhatə etdiyi əhalinin sayı 160 mindən çoxdur

Madaqaskarda "Ava" tropik qasırğası nəticəsində 51 nəfər ölüb, daha 22 nəfər itkin düşüb.

"Report" "Sinxua"ya istinadən xəbər verir ki, 10 gün ərzində 54 mindən çox insan təcili təxliyyə olunub.

Təbii fəlakət əhatə etdiyi əhalinin sayı 160 mindən çoxdur.