Haqq nədir, batil nədir?


Digərləri 15 Yan 2018 22:10:00 789 2

Haqq nədir, batil nədir?

İnsan həyatının ən mühüm mövzularından biri - haqq və batildir. Bu mühüm mövzulara ayələrin və hədislərin nəzərindən baxaq.

1. Quran ayələrinin nəzərinə görə ən üstün haqq - Allah Təalanın müqəddəs zatıdır. Ona görə də Allah Təbarəkə və Təala Quranda buyurur: "Sonra onların hamısı Allaha - onların həqiqi və əsil ixtiyar sahibinə tərəf qaytarılacaqlar. Bilin ki, (o gün, barəsində heç bir mübahisə olmayan və mütləq) hakimiyyət (və varlıq aləmində ən təsirli hökm) Ona məxsusdur və O, hesab çəkənlərin ən sürətlisidir". ("Ənam" 62). Bu ayədə Allahın müqəddəs zatı nütləq haqq olaraq tanıdılır.

2. Quran ayələrinə görə varlıq aləmi - haqdır, o cümlədən yer və göy. "Allah göyləri və yeri haqq (düzgün) olaraq (uca və ağılın qəbul etdiyi bir məqsədlə) yaratdı". ("Casiyə" 22).

3. Böyük din olan İslam dini - haqdır. Çünki bu din bizə haqqı və batili tanıtmış, şeytanın, nəfsi-əmmarənin, bütpərəstliyin, nifaqın, ikiüzlülüyün həqiqətlərini açmışdır.

Bəs hədislərimiz haqq barəsində nə buyurur?

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam Əli (ə) buyurur: "Haqq - kəsici qılıncdır".

Həzrət Əli (ə) başqa yerdə buyurur: "Haqq - hər bir insanın nicat vasitəsidir ki, əməl tələb etsin. Danışan üçün hüccət və bürhandır". Yəni, əgər sözünün qəbul olmasını istəyirsənsə, gərək haqqı deyəsən. Əgər məqsədinə salamat çatmaq istəyirsənsə, gərək haqqı deyəsən.

İmam Əli (ə) buyurur: "Haqq - aram minikdir, haqq əhli bu ram olmuş miniyə minirlər. Bu miniyin yüyəni onların əlinə verilər və hara istəsələr gedərlər. Bu minik sizi rahat halda qabağa aparar, o zamana qədər ki, aramlıq kölgəsinin altında sizi məqsədiniz olan mənzilə çatdırar (yəni, behiştə, İlahi qürbə, ərşə)".

Haqq acı, batil isə şirindir.