Bilgəhdə qədim qalaya bitişik divar söküləcək


Digərləri 15 Yan 2018 20:43:00 304 0

Bilgəhdə qədim qalaya bitişik divar söküləcək

Bakının Bilgəh qəsəbəsində qədim qalaya bitişik divar söküləcək.

Son.az Trend-ə istinadən bildirir ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində yerləşən "Qala" abidəsinə qanunazidd müdaxilənin qarşısının alınması məqsədilə abidəyə bitişik divarın sökülməsi və nəticəsi barədə məlumatın verilməsi ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət edib.