Müəllif Hüquqları Agentliyi 2017ci ildəki xərclərini açıqladı


Digərləri 15 Yan 2018 20:24:00 263 0

Müəllif Hüquqları Agentliyi 2017ci ildəki xərclərini açıqladı

Müəllif Hüquqları Agentliyi 2017-ci il maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrini açıqlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, Müəllif Hüquqları Agentliyinin 2017-ci ilin yekunlarına dair hesabatında qeyd olunub ki, ötən il agentliyin saxlanması üçün dövlət büdcəsində 629177 manat vəsait nəzərdə tutulub.

İllik smeta xərclərinə uyğun olaraq bu vəsaitin 408428 manatı əmək ödənişlərinə (o cümlədən, 310384 manat ştatda olan işçilərin əmək haqqının ödənilməsinə, 6352 manat ştatdankənar işçilərin əmək haqqının ödənilməsinə, 84459 manat sair pul ödənişlərinə, 7233 manat müavinət və iş qabiliyyətinin itirilməsinə görə), 87944 manat DSMF-ə ayırmalara, 87914 manat vəsait agentliyin saxlanması üçün digər maddələr üzrə xərclənib.