Roma papası etiraf etdi: "Həqiqətən qorxuram..."


Dünya 15 Yan 2018 20:30:00 228 0

Roma papası etiraf etdi: "Həqiqətən qorxuram..."

Roma papası I Fransisk həqiqətən də nüvə müharibəsindən qorxduğunu bəyan edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Roma papası bu sözləri Cənubi Amerikaya səfərindən əvvəl hava limanında deyib.

Papa qeyd edib ki, dünya nüvə müharibəsinin astanasındadır: "Münaqişənin başlaması üçün kiçik bir insident də kifayətdir. Ona görə də atom silahlarını məhv etmək və silahlanmanın dayandırılması üçün tədbirlər görmək lazımdır".