Vergilər naziri İtaliya səfiri ilə görüşdü


Digərləri 15 Yan 2018 16:50:00 248 0

Vergilər naziri İtaliya səfiri ilə görüşdü

Bu gün vergilər naziri Mikayıl Cabbarov İtaliyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Augusto Massari ilə görüşüb. 

Son.az xəbər verir ki, bu barədə report-a nazirlikdən məlumat verilib.

Məlumata görə, görüşdə Azərbaycan və İtaliya arasında ikitərəfli münasibətlərin inkişafı, hər iki ölkənin vergi xidmətləri arasında əməkdaşlıq, o cümlədən təcrübə mübadiləsi məsələləri müzakirə edilib, həmçinin Azərbaycanın regionlarında xarici investorlar üçün yaradılmış şərait, sənaye və texnologiyalar parklarında mövcud olan vergi və digər güzəştlər sistemi barədə fikir mübadiləsi aparılıb.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində