DTXnın həbs etdiyi şəxslərin məhkəməsi başladı


Digərləri 15 Yan 2018 15:56:00 247 0

DTXnın həbs etdiyi şəxslərin məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıq yolu ilə gizli şəkildə ölkəyə külli miqdarda psixotrop maddə gətirməkdə təqsirləndirilən Ələkbər Məmmədov, Şəmistan Mustafayev və Cəlal Qasımovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası yanvarın 22-nə təyin edilib.

Qeyd edək ki, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) ötən il yaydığı məlumata görə, DTX tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində qaçaqmalçılıq yolu ilə gizli şəkildə ölkəyə gətirilmiş külli miqdarda psixotrop maddə olan MDMA həblərinin (ekstazi) qanunsuz yayılmasının qarşısı alınıb. Belə psixotrop maddələri qaçaq yolla ölkəyə gətirib qanunsuz olaraq gənclərin toplaşdıqları müxtəlif məkanlarda müntəzəm yayılmasını təşkil etməkdə şübhəli bilinən Məmmədov Ələkbər Zakir oğlu və Mustafayev Şəmistan Əli oğlu 2017-ci il martın 15-də saxlanılıblar.