“Suriya məsələsi ilə bağlı ABŞdan izahat gözləyirik”


Dünya 15 Yan 2018 15:04:00 249 0

“Suriya məsələsi ilə bağlı ABŞdan izahat gözləyirik”

Rusiyanın XİN başçısı: “Vaşinqton Suriyanın ərazi bütövlüyünün qorunub saxlanmasını istəmir”

ABŞ Suriyanın ərazi bütövlüyünün qorunub saxlanmasını istəmir.

Son.az report-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinin 2017-ci ildə diplomatiya sahəsində gördüyü işlərin yekunlarına həsr edilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, yanvarın 14-də ABŞ "Suriya Demokratik Qüvvələri"nə (terrorçu PKK-nın Suriyadakı "YPG" və "PYD" adlı qollarından ibarət) yardım edərək, onlardan "sərhəd təhlükəsizliyi" qüvvələri yaratmaq planını açıqlayıb: "Böyük ehtimalla bu qüvvələr vasitəsi ilə Suriyanın Türkiyə və İraqla sərhədinə nəzarət edəcəklər.

Həmin ərazi hazırda "Suriya Demokratik Qüvvələri"nin nəzarəti altındadır. Ancaq orada kürdlərlə ərəblər arasında münsaibətlər çox gərgindir. Həmin əraziyə 30 min nəfərlik qüvvənin ABŞ-ın rəhbərliyi altında nəzarət edəcəyi elan olunub.