Bolqarıstanlı məşqçi: "Bakıda keçirilən məşqçilik kursları yüksək səviyyədə təşkil olunub" FOTO


Digərləri 15 Yan 2018 12:28:05 325 0

Bolqarıstanlı məşqçi: "Bakıda keçirilən məşqçilik kursları yüksək səviyyədə təşkil olunub"  FOTO

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Bakıda keçirilən məşqçilik kursları yüksək səviyyədə təşkil olunub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə bolqarıstanlı məşqçi, dünya və Avropa çempionatlarının bürünc mükafatçısı Silviya Miteva deyib.

Onun sözlərinə görə, Bakıda təşkil olunan kurslar məşqçilərin təkmilləşməsi üçün çox vacibdir: "Bu kurslar təkcə sertifikat almaq üçün yox, həm də yeni məlumatlar əldə etmək baxımından əhəmiyyətlidir. Bizə izah olunanları diqqətlə dinləmək çox vacibdir, çünki yekunda imtahan verməli olacağıq".


Xəbərə aid fotolar