Dollar 2015ci ildən bəri ən minimal səviyyədə ticarət olunur


Digərləri 15 Yan 2018 12:02:00 224 0

Dollar 2015ci ildən bəri ən minimal səviyyədə ticarət olunur

Bugünkü ticarət sessiyasında dolların indeksi digər valyutalara qarşı ucuzlaşaraq 2015-ci ildən sonra ən minimal səviyyədə ticarət olunur.

Son.az APA-ya istinadən xəbər verir ki, dolların indeksi 0,31% ucuzlaşaraq 90,69 səviyyəsinədək enib.

Dollar Yaponiya yeninə qarşı sonuncu ticarət sessiyasında 111,06 yen səviyyəsindən 110,66 səviyyəsinə qədər azalıb.

Avronun dollara qarşı məzənnəsi 1,2239 dollara yüksəlib ki, bu da 2014-cü ilin dekabrından ən maksimum səviyyədir. Sonuncu ticarət sessiyasının bağlanışında isə Avrozonanın vahid valyutasının dollara qarşı məzənnəsi 1,2197 dollar səviyyəsindən 1,2224 dollara çatıb. Dolların avroya qarşı məzənnəsi də üç illik minimuma enib.