Komaya düşən millət vəkilinin səhhətindən xəbər var


Digərləri 15 Yan 2018 11:42:41 296 0

Komaya düşən millət vəkilinin səhhətindən xəbər var

70 saylı Masallı şəhər seçki dairəsinin deputat Nəriman Əliyevin müalicəsi Respublika Müalicəvi Diaqnostika Mərkəzində davam etdirilir.

Son.az xəbər verir ki, yaxınlarının report-a verdiyi məlumata görə, deputatın əməliyyatı çətin keçib: "Buna səbəb xəstəliyinin gec aşkar olunması və müalicəsinə vaxtında başlamaması olub. Bu səbəbdən Nəriman Əliyev bu həftə ərzində xəstəxanada qalacaq".

Respublika Müalicəvi Diaqnostika Mərkəzindən isə "Report"a bildirilib ki, deputat Nəriman Əliyevin səhhətinin hazırkı durumunun açıqlanması ilə bağlı həkimin qərarını gözləmək lazımdır.