Ukraynada "qızılca bəlası"ndan ölənlər var


Dünya 15 Yan 2018 09:50:00 220 0

Ukraynada "qızılca bəlası"ndan ölənlər var

Rusiya hökuməti Ukrayna ilə sərhəd məntəqələrdə sanitar nəzarəti gücləndirib.

Son.az Trend-ə istinadən xəbər verir ki, qərar Ukraynada tüğyan edən qızılcaya yoluxma ilə əlaqədar qəbul edilib.

Belə ki, son 11 ay ərzində 3000-dən çox insanda qızılcaya yoluxma faktı aşkarlanıb.

Daha pis vəziyyət İvano-Frankovski, Zakarpatiya vilayətlərində qeydə alınıb. Odessada isə 3-ü uşaq olmaqla, 5 nəfər qızılcadan ölüb.