Bakıda qonşusunu 9 bıçaq zərbəsi ilə qətlə yetirdi YENİLƏNİB


Digərləri 15 Yan 2018 10:23:00 231 0

Bakıda qonşusunu 9 bıçaq zərbəsi ilə qətlə yetirdi  YENİLƏNİB

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır

10:23

Bakıda qətl törədən şəxs tutulub.

Son.az bildirir ki, Yasamal Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Yasamal rayonu, Xıdır Mustafayev küçəsində, 1970-ci il təvəllüdlü İsgəndərov Şahin Rasim oğluna qonşusu, 1960-cı il təvəllüdlü Vidadi Dilavər oğlu Rzayev tərəfindən ölümlə nəticələnən çoxsaylı bıçaq xəsarətləri yetirilməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Polis və prokurorluq əməkdaşlarının birgə həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində Vidadi Rzayev şübhəli şəxs qismində tutulub.

Hazırda başlanmış cin ayət işi üzrə zəruri istintaq hərəkətlərə davam etdirilir.

-----------

08:53

Bakıda orta yaşlı kişi 9 bıçaq zərbəsi ilə qətlə yetirilib.