Həkimlərdən valideynlərə ciddi xəbərdarlıq: Qızılca epidemiyası sürətlə yayılır VİDEO


Digərləri 14 Yan 2018 22:49:00 269 0

Həkimlərdən valideynlərə ciddi xəbərdarlıq: Qızılca epidemiyası sürətlə yayılır  VİDEO

Əgər qızılca əleyhinə peyvənd edilməzsə hər 10 uşaqdan biri ölə bilər. Bu açıqlama ilə Ümumdünya Səhiyyə Təşkilatı valideynlərə xəbərdarlıq edib. Xüsusilə 5 yaşınadak uşaqlarda bu epidemiyaya yoluxmaq riski yüksəkdir.

Son.az xəbər verir ki, mütəxəssislər bildirir ki, əgər qızılca əleyhinə peyvənd edilməyən uşaqların sayı çox olarsa, bu epidemiya sürətli yayıla və uşaqların sağlamlığına ciddi zərər vura bilər.

Ümumdünya Səhiyyə Təşkilatının statistikasına əsasən hər il qızılcadan təxminən150 min nəfər dünyasını dəyişir və onların əksəriyyətini azyaşlı uşaqlar təşkil edir. Bu uşaqların orqanizminin daha zəif olması ilə bağlıdır. Valideynlər bir neçə əlamətə diqqət etməklə uşağın qızılcaya yoluxub-yoluxmadığını aşkar edə bilərlər.