Bakıda avtobusa növbəti tərbiyəsizlik VİDEO


Digərləri 14 Yan 2018 22:22:00 276 0

Bakıda avtobusa növbəti tərbiyəsizlik  VİDEO

İçərisi sərnişinlə dolu olan avtobusda sürücü yüksək səslə musiqiyə qulaq asır.

Sərnişinlər bunu sürücüyə irad tutsalar da, o musiqinin səsini almır və yoluna davam edir

Son.az bildirir ki, görüntülər bu gün səhər saatlarında metronun 28 may stansiyasından lökbatana sərnişin daşıyan 125 saylı avtobusda çəkilib. Sözügedən avtobusun sərnişini olan Bayram Həmidli həmin anları lentə alıb.

Məsələ ilə bağlı avtobusun məxsus olduğu ''Bakubus'' Məhdud Məsuliyyətli Cəmiyyətlə əlaqə saxladıq. bildirildi ki, həmin görüntülərlə bağlı sabah şirkət araşdırma aparacaq və lazımı tədbirlər görüləcək