Sumqayıtda bağlı qapı arxasında qalan uşaq xilas edildi


Digərləri 14 Yan 2018 20:43:51 217 0

Sumqayıtda bağlı qapı arxasında qalan uşaq xilas edildi

Bağlı qapı arxasında azyaşlı uşaq xilas edilib

Bakı. Bağlı qapı arxasında azyaşlı uşaq xilas edilib. Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və azyaşlını aidiyyəti üzrə təhvil verib.