Xalçaya dırnaq boyası töküldüsə, belə təmizləyin


Digərləri 14 Yan 2018 19:49:00 354 0

Xalçaya dırnaq boyası töküldüsə, belə təmizləyin

Yəqin bir çox qadınların başına gəlib - dırnaqlarına boya vurarkən boya şüşəsi devrilir və xalçanın üzərinə tökülür. Yaranan ləkəni aparmaq isə demək olar ki, tam bir əziyyətə çevrilir. Hətta bir çox hallarda onu təmizləmək mümkün olmur. Son.az-ın ailem.az-a istinadən verəcəyi bu üsulla xalçaya tökülən dırnaq boyasından asanlıqla qurtulacaqsınız. 

Əgər xalçanıza dırnaq boyası töküldüsə və siz bunu dərhal gördünüzsə, üzərinə aseton tökün. Bir dəqiqə gözlədikdən sonra kağız dəsmalla ovaraq ləkəni təmizləyin.   Bəs boya quruyubsa, nə etmək lazımdır?   Xalçanın üzərindəki qurumuş dırnaq boyasını təmizləmək üçün ləkəyə bir az saç spreyi sıxın və ardından sabunlu ilıq su ilə silərək təmizləyin.