Meksikada daha bir jurnalist qətlə yetirildi


Dünya 14 Yan 2018 09:13:00 230 0

Meksikada daha bir jurnalist qətlə yetirildi

Meksikanın Tamaulipas ştatında dərc edilən "Diario de Nuevo Laredo" nəşrində çalışan  jurnalist Karlos Dominqes qətlə yetirilib.  

Son.az APA-ya istinadən xəbər verir ki, K.Domonqes şəxsi avtomobilini idarə edərkən naməlum şəxslər tərəfindən öldürülüb. İnsident zamanı onun yanında qızının olduğu bildirilir. K.Dominqes siyasi mövzularda köşə yazılarının müəllifi olub.  

Baş Prokurorluq araşdırmalara başlayıb.