Şon Penn Trampı "bəşəriyyətin düşməni" adlandırıb


Digərləri 13 Yan 2018 23:56:00 316 0

Şon Penn Trampı "bəşəriyyətin düşməni" adlandırıb

O, faktiki olaraq dövlətin düşmənidir

Məşhur aktyor Şon Penn "Time" nəşri üçün yazdığı məqalədə ABŞ prezidenti Donald Trampı "bəşəriyyətin düşməni" adlandırıb.

Son.az "Report"a istinadən bildirir ki, o bunu Amerika liderinin miqrantların gəldiyi ölkələri "çirkin ucqarlar" adlandırmasından sonra yazıb. "Prezident Donald Tramp amerikalıların, respublikaçıların, demokratların, müstəqil hakimiyyət nümayəndələrinin və hər bir yeni doğulan körpənin - bəşəriyyətin düşmənidir. ", - deyə aktyor qeyd edib.