Havay adalarında səhvən ballistik raket həyəcanı elan olunub


Dünya 13 Yan 2018 23:59:22 389 0

Havay adalarında səhvən ballistik raket həyəcanı elan olunub

İnsanlara "təcili sığınacaq tapmaq" təklif edilib

Havay adaları sakinlərinin mobil telefonlarına ballistik raket hücumu təhlükəsi barədə xəbərdarlıq göndərilib. Sonradan məlum olub ki, həyəcan yalandır.

"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, məlumat səhvən yayılıb.

Həyəcan mətnində insanlara "təcili sığınacaq tapmaq" təklif olunub. Bir müddətdən sonra ştat rəhbərliyi həyəcanın səhvən göndərildiyini məlumat verib.