Tbilisi aeroportunun fəaliyyəti bərpa olunub


Dünya 13 Yan 2018 23:33:00 328 0

Tbilisi aeroportunun fəaliyyəti bərpa olunub

Şota Rustaveli adına Tbilisi beynəlxalq hava limanının fəaliyyəti bərpa olunub.

Son.az APA-ya istinadən xəbər verir ki, aeroportda uçuşlar plan üzrə qəbul olunub, yola salınır. "Buta Airways" şirkətinin Bakı-Tbilisi reysini yerinə yetirən təyyarəsi cədvəl üzrə saat 23:10-da Tbilisi hava limanına enib. Qeyd edək ki, qatı duman səbəbindən axşam saatlarında Tbilisi aeroportunda reyslərin yerinə yetirilməsi ilə bağlı ləngimələr yaranmış, bir neçə aviareys isə ləğv olunmuşdur.