Azərbaycanlı oliqarx 1 gündə bir milyard dollar varlandı


Digərləri 13 Yan 2018 23:49:00 402 0

Azərbaycanlı oliqarx 1 gündə bir milyard dollar varlandı

Rusiyanın "Lukoil" şirkətinin prezidenti Vahid Ələkbərov bir gündə bir milyard dollara yaxın varlanıb.

Son.az lent.az-a istinadən xəbər verir ki, buna səbəb "Lukoyl"un aksiyalarının bu şirkətin tarixi ərzində maksimum artması olub.   Moskva birjalarında "Lukoil"in aksiyalarının dəyəri 7 faizədək artıb ki, bu da şirkətin prezidentinin varidatına daha bir milyard əlavə edib.   Analitiklər "Lukoyl"un aksiyalarının dəyərinin bir qədər də artacağını proqnozlaşdırırlar.