Mal sahibini axtarıb tapa bilməyən adam nə etməlidir?


Digərləri 13 Yan 2018 23:15:00 331 0

Mal sahibini axtarıb tapa bilməyən adam nə etməlidir?

Adam vaxtilə bilmədən və ya səhlənkarlıq üzündən başqasının malını qəsb edib. Üstündən uzun müddət keçib və mal sahibini axtarıb tapmaq mümkün deyil. Bu halda nə etmək lazımdır?

Son.az islam.az-a istinadən bildirir ki, qəsb və oğurluq haqqun-nas (bəndə haqqı) sayılır. Hədislərdə buyurulub ki, hətta qiyamət günündə bəndə haqqı ilə məhşərə gətirilən şəxsləri Allah bağışlamayacaq və yalnız halallıq aldıqdan sonra Onun hüzuruna gəlmələrini əmr edəcək. Bəndə haqqını yalnız halallıq almaqla silmək olar. İnsan oğurluq etdiyi şəxsi tapıb ondan halallıq alsa və səmimi qəlbdən tövbə etsə, Allah onun bu günahını bağışlayar. Amma əgər haqq sahibini tapmaq heç cür mümkün deyilsə, günahkar şəxs gərək oğurladığı əmlakı və ya onun dəyərində pulu həmin adamın adından sədəqə versin. Yəni sədəqənin savabını ona hədiyyə etməyi niyyət etsin. Bundan sonra tam səmimiyyətlə Allaha tövbə edib bağışlanmaq diləsin.