Sumqayıtda piyadanı maşın vurub, sürücü qaçıb


Digərləri 13 Yan 2018 23:16:00 316 0

Sumqayıtda piyadanı maşın vurub, sürücü qaçıb

Xəstə ağır kəllə-beyin travması alıb və sağ qolu sınıb

Sumqayıtda piyada vurulması ilə nəticələnən yol qəzası olub.

Son.az "Report"a istinadən bildirir ki, hadisə şəhərin mərkəzi küçələrindən birində baş verib. Belə ki, Sumqayıt şəhər sakini 1969-cu il təvəllüdlü Nizami Şahmərdan Oğlu İmanov piyadalar üçün nəzərdə tutulmuş zolaqla yolu keçmək istəyərkən, qarşı tərəfdən gələn naməlum avtomobil tərəfindın vurulub. Hadisədən sonra sürücü qaçıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, xəstə ağır kəllə-beyin travması alıb və sağ qolu sınıb. Faktla bağlı araşdırma aparılır.