Qənaət etməyin 10 yolu


Digərləri 13 Yan 2018 21:50:00 378 0

Qənaət etməyin 10 yolu

Müasir dövrdə istənilən sahədə məhsul çeşidliliyi özünü göstərir. Marketoloqlar və reklamçılar məhsul satışını təmin etmək üçün keyfiyyət, vizuallıq, həzz və s. kimi amillərdən istifadə edirlər. Bəzi hallarda o qədər effektiv üsullardan istifadə edilir ki, ən diqqətli müştərilər belə reklamın təsirinə düşür.

Yeri gəlmişkən... Bizim addımlarımızı və hərəkətlərimizi fikirlərimiz müəyyən edir. Məgər biz daim öz fikirlərimizə nəzarət edirikmi? Əgər qeyri-rasional addımlar atmağımızın və səhv qərarlar qəbul etməyimizin səbəblərini öyrənmək istəyirsinizsə, mütləq qaydada Nobel mükafatı laureatı Daniel Kanemanın "Çevik və asta düşüncə" kitabını oxuyun.

Son.az banco.az-a istinadən bildirir ki, insanlar bir çox hallarda səhv qərarlar qəbul edərək ehtiyacları olmayan şeylərə həddindən artıq pul xərcləyirlər. Əslində ehtiyac duyduqları şeylərə isə demək olar ki, pul ayırmırlar, hətta bəzən onları dərk etmirlər. Burada diqqəti çəkən məsələlərdən biri də odur ki, bu xərcləmələr bir çox hallarda sizin həyat səviyyənizi yüksəltmir. Bəs həm pulunuza qənaət edib, həm də həyat səviyyənizi necə yüksəldə bilərsiniz? Bunun üçün aşağıdakı üsulları tətbiq edə bilərsiniz:

1. İlk növbədə, ümumi gəlirinizi hesablayın.

2. Bəzi sabit xərcləri (hər ay ödəməli olduğunuz) müəyyənləşdirin və onları büdcədən ayırın. Məsələn, qaz, işıq, su və kirayə haqqı (əgər varsa). Siz həmçinin, bu sabit xərclərin bəzilərinə də qənaət edə bilərsiniz. Üstəlik, bu qənaət təkcə sizə yox, bütün dünyaya xeyir gətirəcək.

- Heç bir işinizin olmadığı otaqda işığı, televizoru və ya kompüteri söndürün

- Otağın istilik səviyyəsini sabit bir dərəcədə saxlayın, beləliklə enerjiyə qənaət edəcəksiniz.

- Evdən çıxarkən, işıqları söndürün.

3. Mətbəx bazarlığı üçün siyahı hazırlayın və bu siyahıdan kənara çıxmayın.

- Bazarlığa gedərkən ac getməyin. Yoxsa, almağı düşünmədiyiniz məhsulları da ala bilərsiniz.

- Həm sağlamlığınıza, həm də büdcənizə ziyanlı olan məhsulları siyahınızdan çıxarın.

- Qiymətləri müqayisə edərək, ən münasib marketi müəyyənləşdirin. Ancaq həmin mağazanın evinizdən çox uzaq olmamasına diqqət yetirin.

- İstifadə ömrü az olan məhsulları ehtiyacınızdan artıq almayın. Ümumilikdə, bazarlıqlarınızı aylıq yox, həftəlik etməklə bir çox baxımdan qənaət edə bilərsiniz.

- Vaxt aşırı soyuducunuzu təmizləyin. Bəzi məhsullar və ya yeməklər diqqətinizdən yayınıb xarab ola bilər.

4. Yeməklərinizi, kofenizi və s. evdə hazırlayın. Bu həm sağlamlıq, həm büdcəniz baxımından faydalıdır. Ümumilikdə, evdən kənardakı xərclərinizə diqqət yetirin.