“iPhone X” sahiblərindən qəribə şikayət: Smartfon saçları yolur


Digərləri 13 Yan 2018 20:15:00 272 0

“iPhone X” sahiblərindən qəribə şikayət: Smartfon saçları yolur

Yeni "iPhone X" istifadəçiləri smartfonların onlara yaratdıqları yeni narahatlıqlara diqqət yetiriblər.

Son.az lent.az-a istinadən xəbər verir ki, bu dəfə insanlar ondan şikayətləniblər ki, telefonla saqqal və ya saçların tükləri cihazın çərçivəsi ilə displeyi arasındakı kiçik dəliklərdə ilişib qalırlar.

"iPhone X" sahiblərindən biri bildirib ki, bu olduqca ağrıdıcıdır. O, hətta telefon üçün xüsusi çexol da alıb ki, bu xoşagəlməz hislərdən yayınsın.

Qeyd etmək lazımdır ki, "Apple" məhsullarında buna bənzər problem bundan əvvəl də baş verib. Söhbət yeni korpuslu "iPhone 6" smartfonlarından gedir.