“Facebook” videoçatlar üçün video kamera yaradacaq


Digərləri 13 Yan 2018 19:15:00 238 0

“Facebook” videoçatlar üçün video kamera yaradacaq

"Facebook" videoçatla ünsiyyət qurmaq üçün videokamera istehsal edəcək.

Son.az lent.az-a istinadən xəbər verir ki, "Portal" adlanan cihaz may ayında satışa çıxarılacaq.

Cihaz barəsində məlumat verən şirkət mənbələri bildiriblər ki, kamera mikrofon və dinamiklərə malik olacaq. "Portal"ın  köməyi ilə dostlarla video görüntülü zəngləşmək mümkün olacaq. Həmçinin cihaz istifadəçinin səsli əmr və göstərişlərini də anlayacaq.

"Portal" "Netflix" və "Spotify" xidmətləri ilə inteqrasiya ediləcək. Yəni onun vasitəsilə filmlər izləmək və musiqi dinləmək mümkün olacaq.