Xaçmazda mənşəyi məlum olmayan at əti aşkarlanıb


Digərləri 13 Yan 2018 15:09:02 200 0

Xaçmazda mənşəyi məlum olmayan at əti aşkarlanıb

Xaçmaz rayonu ərazisində xeyli miqdarda mənşəyi məlum olmayan ət məhsulları aşkar edilərək götürülüb.

Bakı. Xaçmaz rayonu ərazisində xeyli miqdarda mənşəyi məlum olmayan ət məhsulları aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, yanvarın 12-də daxil olmuş məlumat əsasında Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taborunun Kənd Təsərrüfatı Nazirliyinin Dövlət baytarlıq nəzarəti xidmətinin əməkdaşları ilə birgə keçirdikləri tədbirlər zamanı Xaçmaz rayonu ərazisində Tovuz rayon sakini Nicat Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış keçirilib.