Hindistanda qayıq aşdı, 40 məktəbli dənizə düşdü


Digərləri 13 Yan 2018 14:40:00 242 0

Hindistanda qayıq aşdı, 40 məktəbli dənizə düşdü

Hindistanın qərbində Maxaraştra ştatının Daxanu şəhəri sahillərində qayıq aşıb.

Bakı. Hindistanın qərbində Maxaraştra ştatının Daxanu şəhəri sahillərində qayıq aşıb. Trend-in məlumatına görə, qəza nəticəsində azı 4 uşağın öldüyü barədə xəbər verilib. Məlumata görə, insident vaxtı qayıqda 40 uşaq olub, 25 nəfəri xilas etmək mümkün olub.