Barmaq uzunluğu ilə hormon əlaqəsi


Digərləri 13 Yan 2018 13:30:00 338 0

Barmaq uzunluğu ilə hormon əlaqəsi

Sağ əldəki barmaq uzunluqlarının hormonlarla əlaqəsinin olduğunu bilirdiniz?

Son.az Onedio-ya istinadla xəbər verir ki, üzük barmağının işarə barmağına nisbəti ana bətnində alınan testosteron ( kişilik ) hormonu ilə bağlıdır. Belə ki, üzük barmağınız işarə barmağınızdan uzundursa, ana bətnində kişilik hormonlarını normadan da bir az artıq almısınız deməkdir.

Qeyd edək ki, kişilərin qadınlardan, keçəl kişilərin də saçlı kişilərdən az yaşamasının da bir səbəbi kimi testosteron hormonlarını göstərirlər. Maraqlısı isə odur ki, testosteron hormonu evlənəndə, uşaq olanda azalır, boşananda artır. Eşqə düşən oğlanlarda testosteron miqdarı kişilərdə azalır, qadınlarda artır. Bu səbəbdən də eşqə düşən kişilərdə cinsi istək müəyyən qədər azalır. Bir müddət sonra isə tərsi baş verir, kişidə artır, qadında azalır.


Xəbərə aid foto