Bakıda terrorçuluq barədə məlumat yayan iki nəfər yaxalandı


Digərləri 13 Yan 2018 12:32:00 271 0

Bakıda terrorçuluq barədə məlumat yayan iki nəfər yaxalandı

Polis Bakıda terrorçuluq barədə yalan məlumat yayanları yaxalayıb.

Bakı. Samir Əli - Polis Bakıda terrorçuluq barədə yalan məlumat yayanları yaxalayıb. Daxili İşlər Nazirliyindən Trendə verilən məlumatda bildirilir ki, yanvarın 12-də saat 12.38-də FHN-nin “112” Xidmətinə zəng edən naməlum şəxs ingilis dilində onlarda bomba olduğunu və terror hadisəsi olacağını bildirib. Məlumat DİN-in “102” Xidmətinə ötürülüb. Dərhal əlaqədar orqanların əməkdaşları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilib və məlumatın yalan olduğu müəyyən edilib.