Yaponiyada 92 min toyuq "quş qripi"nin qurbanı oldu


Dünya 13 Yan 2018 11:08:00 297 0

Yaponiyada 92 min toyuq "quş qripi"nin qurbanı oldu

Yaponiyada yenə "quş qripi" virusu aşkar edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu virus səbəbindən Sikoku adasında Kaqava prefekturasında 92 min toyuq məhv edilib.

Məlumata görə, xəstə toyuqlar bir neçə quşçuluq fermasında aşkar edilib.

Toyuqların məhv edilməsi prosesində 750 adamın, o cümlədən özünümüdafiə qüvvələrinin iştirak etdiyi bildirilir.