Biləsuvarda məcburi köçkünlərin məskunlaşdığı ərazidəki yolun təmiri başa çatdı


Digərləri 13 Yan 2018 11:06:47 204 0

Biləsuvarda məcburi köçkünlərin məskunlaşdığı ərazidəki yolun təmiri başa çatdı

Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Birinci-On birinci qəsəbələrarası avtomobil yolunun əsaslı təmiri yekunlaşdırılıb

Bakı. Samir Əli - Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Birinci-On birinci qəsəbələrarası avtomobil yolunun əsaslı təmiri yekunlaşdırılıb. Bu barədə Trend-ə "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentıliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. Onun sözlərinə görə, uzun müddət istismar olunduğu üçün yolun hərəkət hissəsində dağılmış və qabarmış hissələr yarandığından sözügedən yolla hərəkətdə müəyyən problemlər yaşanırdı. Yeni və müasir standartlara cavab verən yolun tikintisi ilə bu problemlər artıq geridə qalıb. 22.6 km uzunluğunda olan Birinci–On birinci qəsəbələrarası avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun olaraq 2 hərəkət zolağı enində yenidən qurulub. Burda hərəkət hissəsinin eni 6 metr olmaqla ümumi yol yatağının eni 10 metr təşkil edir. Tikinti layihəsi çərçivəsində yol boyu zərurui olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılıb, qum-çınqıl və optimal-qırmadaş qarışığından ibarət yeni yol əsası inşa olunub. Daha sonra yol 2 qat olmaqla yeni asfalt-beton örtük döşənib. Ümumilikdə asfaltlanma işləri 135 min m2-lik sahəni əhatə edib.