Dünya Bankı aqrar layihə üçün Azərbaycana kredit ayırmağı düşünür


Digərləri 13 Yan 2018 09:28:00 260 0

Dünya Bankı aqrar layihə üçün Azərbaycana kredit ayırmağı düşünür

Dünya Bankı "Azərbaycan kənd investisiyaları" layihəsinin üçüncü mərhələsinin (AZRIP-3) konsepsiyasının hazırlanmasını davam etdirir.

Son.az xəbər verir ki, bu barədə Trend-ə bankın Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, hazırda kreditin məbləği müzakirə olunur: "Gündəlikdə bir neçə variant mövcuddur. Variantlardan birinə əsasən 90 milyon dollar həcmində kreditin ayrılmasını nəzərdə tutulur, amma hələlik bu məbləğ dəqiq deyil və dəyişdirilə bilər".