Maye və maddələrin 3Dçapı üçün printer yaradılır


Digərləri 13 Yan 2018 08:55:00 271 0

Maye və maddələrin 3Dçapı üçün printer yaradılır

Rusiyalı alimlər maye və maddələrin 3D-çap üsulunu açmağı planlaşdırırlar.

Son.az lent.az-a istinadən xəbər verir ki, onlar artıq bu planın reallığa çevirməyə imkan verən tərtibata malikdirlər.    Uzun illərdir ki, Tomskun radio fizikləri mayelərin müasirləşdirilmiş ultrasəsli 3D-çapı  üzərində işləyirlər. Onların işləmələri ondan xəbər verir ki, artıq iki ildən sonra dünyaya sıçrayışlı 3D-çapı üsulu təqdim ediləcək. Bu sıçrayışın əsas xüsusiyyəti ondan ibarətdir ki, onu qaynar və ya kimyəvi aqressiv qarışıq maddələrdə istifadə etmək və ya tətbiq etmək mümkün olacaq.

Mütəxəssislər artıq akustik sahədə kiçik hissəciklərin daha da yüngülləşdirilməsi üçün quraşdırılmasını nümayiş etdiriblər. Məhz onun köməyi ilə yeni 3D-çap yaradılması üzrə layihənin həyata keçirilməsi mümkün olacaq. Mütəxəssislər əmindir ki, hədəflərinə çatacaqlar. Onların sözlərinə görə, bu, 2020-ci ilə qədər zaman aparacaq, bunun üçün çoxlu əmək sərf olunacaq və onları heç də asan olmayan araşdırmalar gözləyir.