Bu kaskada musiqi dinləmək olar


Digərləri 13 Yan 2018 08:59:00 329 0

Bu kaskada musiqi dinləmək olar

"COROS" startapı "CES 2018" sərgisində velosipedçilərə musiqi dinləyərək idarəetmədən yayınmamağa imkan verən "COROS Omni" "ağıllı" velosiped kaskasını təqdim edib.

Son.az ICTnews-a istinadən bildirir ki, qurğu musiqini qulaqlar vasitəsilə deyil, sümük keçiriciliyinin köməyi ilə səsləndirən xüsusi qulaqcıqlarla təchiz edilib. Xüsusi ötürücülər sümüklər vasitəsilə beyinə ötürülən impulslar yaradırlar. Velosipedçinin qulaqları qulaqcıqlardan azad olunur ki, bu da ona yolda baş verənləri eşitməyə imkan verir. Quraşdırılmış akkumulyator pleyer və ya smartfonla "Bluetooth" ilə birləşdirilən qulaqcıqların 8 saat işləməsi üçün kifayət edir.

Bundan başqa, kaska başlıca vəzifəsini yerinə yetirir - istifadəçinin başını velosipeddən yıxılma zamanı fiziki təsirlərdən qoruyur.

Qiyməti 199 dollar təşkil edəcək "COROS Omni" kaskasının yazın əvvəlində satışa çıxarılacağı gözlənilir.