Bakıda kürəkən qaynanasını döyüb


Digərləri 13 Yan 2018 08:48:00 232 0

Bakıda kürəkən qaynanasını döyüb

Kürəkəni Zibeydə Əsədullayevanı döyərkən sərxoş olub

Bakıda döyülmə hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. Belə ki, Rusiyadan gəlmiş 1962-ci il təvəllüdlü Əsədullayeva Zibeydə Ziyad qızı qızının evində olarkən kürəkəni tərəfindən döyülüb. Nəticədə qadın qapalı kəllə-beyin travması alıb. Yaralı 1 saylı Kliniki Mərkəzin Reanimasiya Şöbəsinə yerləşdirilib. Məlumata görə, kürəkəni Z.Əsədullayevanı döyərkən sərxoş vəziyyətdə olub. Fakt Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən araşdırılır.