Britaniyada yenə “quş qripi” aşkarlandı


Dünya 13 Yan 2018 08:11:00 240 0

Britaniyada yenə “quş qripi” aşkarlandı

Britaniyada quş qripi aşkarlanıb.

Son.az Trend-ə istinadən bildirir ki, H5N6 virusuna yeni yoluxma halları Dorset qraflığında 17 çöl quşunda qeydə alınıb. Bu məlumatı Britaniyanın Səhiyyə Nazirliyi yayıb.

Nazirlikdə bildiriblər ki, bu 2017-2018-ci ilin qış aylarında aşkar olunmuş ilk yoluxma hadisəsidir.

Qeyd olunur ki, xəstəlik ərzaq məhsulları üçün təhlükə yaratmır.