Bu şirkətin cihazları süni intellektli olacaq


Digərləri 13 Yan 2018 07:33:00 247 0

Bu şirkətin cihazları süni intellektli olacaq

Cənubi Koreya şirkəti 2020-ci ilədək hər bir cihazına "Bixby" səsli köməkçisini inteqrasiya etməyi planlaşdırır.

2020-ci ilədək "Samsung" şirkətinin bütün cihazları "Əşyalar interneti"nə qoşulma ilə təmin ediləcək və süni intellektə malik olacaq. Bu haqda Beynəlxalq Elektronika Sərgisində şirkətin prezidenti Ki Nam Kim deyib.

Son.az ICTnews-a istinadən bildirir ki, şirkət "Bixby" adlı səsli köməkçidə süni intellektin təkmilləşdirilməsini planlaşdırır. Kimin sözlərinə görə, 2020-ci ildə "Samsung" şirkətinin istehsalı olan hər bir cihaz süni intellektlə təchiz ediləcək və səsin köməyi ilə qurğuları idarə etmək mümkün olacaq.

"Samsung Electronics" artıq "Bixby" səsli köməkçisini "Samsung TV"-yə inteqrasiya edib. Smartfon və konkret səsli köməkçi vasitəsilə televizoru idarə etmək mümkün olacaq.