Azərbaycan neftinin son qiyməti


Digərləri 12 Yan 2018 23:21:00 222 0

Azərbaycan neftinin son qiyməti

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 11-də 71,84 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,59 dollar/barel çoxdur. Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 11-də 71,22 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,6 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti yanvarın 11-də 68,8 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,75 dollar/barel çoxdur.