Serial fanatları üçün buzdan otel açılıb


Digərləri 12 Yan 2018 22:50:00 254 0

Serial fanatları üçün buzdan otel açılıb

Helsinkidə "Taxt-tac oyunları" serialının fanatları üçün qeyri-adi otel açılıb. Bu otel demək olar ki, bütünlüklə buzdan düzəldilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, otelin bütün ərazisində serialın populyar qəhrəmanlarının buz heykəlləri qoyulub. Nəhəng ağ piyada məxluqlara xüsusi əhəmiyyət verilir, çünki serialın süjetinə görə həmin məxluqlar da oxşar şəraitdə yaşayırlar.

Oteldəki barı əjdahalar qoruyur, bütün otaqlar Vesterosun evlərindən birinə məxsusdur. Bundan əlavə, oteldə Braavos zalı tikilib və dəmir taxt qoyulub.