İxracatçılara 60 min manat veriləcək VİDEO


Digərləri 12 Yan 2018 21:36:00 186 0

İxracatçılara 60 min manat veriləcək  VİDEO

İxracatçılara beynəlxalq sertifikat alması üçün 60 min manata qədər dəstək veriləcək.

Son.az bildirir ki, bəzi ölkələrlə sertifikatların qarşılıqlı tanınması haqqında müqavilə imzalansa da, Avropa İttifaqı, Çin və digər iri dövlətlərlə bu müqavilə olmadığından Azərbaycan sertifikatları orada tanınmır.

Beynəlxalq sertifikatın alınmasına dəstək işini İqtisadiyyat Nazirliyinin seçdiyi ixtisaslaşmış hüquqi və ya fiziki şəxslər həyata keçirəcəklər. Hər il fevralın 1-dək beynəlxalq sertifikatın alınmasına dəstəklə bağlı sahibkarlardan sifarişlərin qəbuluna dair elan veriləcək.

Bununla yanaşı, bu il ilk dəfə olaraq Azərbaycan ərazisinə alıcı missiyaları da təşkil ediləcək.