2017ci il üzrə dövlət büdcəsinin icrası ilə bağlı məlumat açıqlandı


Digərləri 12 Yan 2018 19:45:00 199 0

2017ci il üzrə dövlət büdcəsinin icrası ilə bağlı məlumat açıqlandı

2017-ci il üzrə dövlət büdcəsinin mədaxili 16446,9 mln. manat, xərcləri 17588,3 mln. manat olub.

Son.az Trend-ə istinadən bildirir ki,  2017-ci il üzrə dövlət büdcəsinin mədaxili 16766,0 mln. manat proqnoza qarşı 16446,9 mln. manat və ya 98,1 faiz icra olunmuşdur.

Azərbaycan Respublikasının Vergilər Nazirliyi xətti ilə daxilomalar 6972,0 mln. manat və ya proqnoz 91,2 faiz icra olunmuşdur.

Həmin vəsaitin 74,5 faizi və ya 5192,7 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.

2017-ci il üzrə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə 2608,8 mln. manat vəsait daxil olmuş və proqnoz 115,9 faiz icra olunmuşdur.

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan məbləğdə və ya 6100,0 mln. manat vəsait transfert edilmişdir.

2017-ci ildə dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən 366,1 mln. manat, Azərbaycan Respublikasının Mərkəzi Bankının mənfəətindən ayırmalar hesabına 250,0 mln. manat, sair daxilolmalardan 150,0 mln. manat vəsait dövlət büdcəsinə daxil olmuşdur.

2017-ci ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin mədaxili 4401,8 mln. manat icra olunmuşdur.